29 Yanvar 16:12
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO genişmiqyaslı döyüşlər apara bilmədiyi üçün Ukrayna naminə Rusiya ilə birbaşa toqquşmaya gedə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.

"NATO-nun birbaşa Ukraynadakı münaqişəyə müdaxilə etmək imkanı yoxdur. İndi gördüyümüz budur ki, o, tamamilə fiaskoya uğramış bir təşkilatdır. NATO bir-iki həftədən artıq irimiqyaslı quru döyüşləri apara bilməz. Rusiya hərbi-sənaye kompleksinin imkanları alyansa üzv ölkələrin imkanlarını xeyli üstələyir. Britaniya ordusunun sayı getdikcə azalır, alman və fransız hərbçiləri, ümumiyyətlə, döyüşməyi bacarmırlar. NATO tənəzzüldədir. Amerika briqadası Ukraynadakı döyüşə girsə, üç gün yarım ərzində məhv ediləcək. Qərblilər bu münaqişədə necə vuruşacaqlarını bilmirlər", - keçmiş kəşfiyyatçı vurğulayıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər