29 Yanvar 21:25
4 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə müharibə zamanı ABŞ-nin Ukraynaya hərbi yardımı uzunmüddətli ola bilər, Vaşinqton bunun üçün B planı hazırlayır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Vitali Kulık deyib.

Onun sözlərinə görə, ABŞ-nin mövcud hökuməti sabiq prezident Donald Trampın Ağ Evə mümkün qayıdışı fonunda gələcəkdə tənqid olunmamaq üçün hazırlığa başlayıb.

Kulık qeyd edib ki, ABŞ Dövlət Departamenti Respublikaçılar Partiyasının müqavimətinə baxmayaraq, Kiyevin dəstəklənməsinə imkan verəcək razılaşma üzərində işləyir.

Analitik əlavə edib ki, sənəd bir çox cəhətdən Ukrayna və Böyük Britaniyanın 10 il müddətinə imzaladığı müqaviləni xatırladır.

Kulık vurğulayıb ki, söhbət Ukraynanı saxlamağa imkan verən sistemli işdən gedir.

“Əsas məqsəd cəbhəni saxlamaq və Silahlı Qüvvələrimizi müasirləşdirməkdir”, - analitik söyləyib.

ABŞ və Britaniya Rusiyaya müqavimət göstərə bilməsi üçün fəal şəkildə Ukraynaya kömək edir. Yanvarın 12-də Ukrayna və Britaniya təhlükəsizliklə bağlı uzunmüddətli saziş imzalayıb.

Eyni zamanda, ABŞ-nin yardımı qarşıdan gələn prezident seçkiləri fonunda Demokratlar və Respublikaçılar arasında fikir ayrılığı səbəbindən dayanıb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirmişdi ki, gecikmənin vəziyyətə təsir etməməsi üçün ABŞ-nin Kiyevə yardımı təsdiqləməsi üçün son müddət yanvarın sonudur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər