31 Yanvar 11:36
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Toşaxana işi" ilə bağlı Pakistanın keçmiş baş naziri İmran Xana qarşı daha bir hökm çıxarılıb.

Teleqraf.com xəbər verir ki, o və həyat yoldaşı Büşra Bibi 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xanın on il müddətinə dövlət vəzifələrində işləməsi qadağan edilib, eyni zamanda o və xanımı cərimə ödəməlidir.

Toşaxana dövlət məmurlarına verilən hədiyyələrin toplandığı yerdir. Xan ona təqdim olunan hədiyyələri gizlətməkdə ittiham olunur.

Bundan əvvəl Xan və keçmiş xarici işlər naziri Mahmud Qureyşi “dövlət sirrini yaymaq” ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər