Moskvanın etirazına baxmayaraq, Ekvador Rusiya hərbi texnikalarını ABŞ-yə verəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ekvador Prezidenti Daniel Noboa deyib.
Ölkə lideri istənilən şəraitdə sövdələşməni davam etdirəcəklərini bildirib.
“Bunlar metal qırıntılarıdır. Beynəlxalq müqavilələrə görə, hərbi texnikalar verilə bilməz, amma belə metal qırıntıları ola bilər”, - Noboa vurğulayıb.
Ekvadorun Rusiya hərbi texnikalarını ABŞ-yə təhvil verəcəyi, bunun müqabilində 200 milyon dollar dəyərində yeni texnikalar alacağı güman edilir.
Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti bunun ikitərəfli əməkdaşlıqda mənfi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib. Rusiyanın bu ölkədəki səfiri Vladimir Sprinçan söyləyin ki, Moskva hərbi texnikaların Vaşinqtona verilməsini qeyri-dost addım kimi qiymətləndirəcək.