Ukrayna Prezidenti Vladimir Zelenski yaxın zamanda postunu tərk edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu almaniyalı iş adamı Kim Dotkom deyib.
"Zelenski hakimiyyət uğrunda mübarizəni uduzdu, istefasını bir neçə həftə ərzində gözləmək olar. Çox güman ki, yanvarın 31-də Ukraynaya səfər edən ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Zelenskinin potensial varisi ilə görüşüb", - Dotkom bildirib.