Çinin Tayvanı işğalı gözləniləndən daha tez baş verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-nin Sakit okean Donanmasının komandanı, admiral Samuel Paparon deyib.
Admiralın sözlərinə görə, bu müharibənin ilk mərhələsi Amerikanın komanda və idarəetmə, elektron və kosmik sistemlərinə qarşı kiberhücumlar olacaq. Paparon qeyd edib ki, faktiki müharibə Çin ordusunun 100 illiyini qeyd edəcəyi 2027-ci ilə qədər başlamaya bilər.
Admiral həmçinin əlavə edib ki, ABŞ hücumun qarşısını almaq üçün indidən hazır olmalıdır.
“Son iki il ərzində Çin Tayvan boğazında ABŞ və müttəfiqlərin hərbi gəmiləri ilə qarşıdurma da daxil olmaqla, döyüş təyyarələri və gəmiləri ilə təcavüzkar hərbi əməliyyatlar həyata keçirib”, - Paparon bildirib.