Finlandiya Rusiya ilə sərhəd keçid məntəqələrini açmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Baş naziri Petteri Orpo deyib.
“Biz başa düşürük ki, şərq sərhədindən kənarda məqsədləri Finlandiyaya qanunsuz daxil olmaq olan insanlar var. Buna görə də sərhədimizin bağlanması qərarını geri götürə bilmərik”, - baş nazir vurğulayıb.
Finlandiya hökumətinin qərarı ilə keçid məntəqələri fevralın 11-dək bağlanıb.
Fevralın 8-də hökumətin iclasında məsələ ilə bağlı yeni qərarın açıqlayacağı gözlənilir.