Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən Çanaqqalanın Ayvacık rayonu yaxınlığında rezin qayıq vasitəsilə qanunsuz yollarla dənizi keçməyə cəhd göstərən 39 miqrant saxlanılıb.
Teleqraf.com xəbər verir ki, əraziyə baxış zamanı başqa bir rezin qayıqda daha 30 nəfər yaxalanıb.
Aralarında qadın və uşaqların da olduğu miqrantların Əfqanıstan vətəndaşları olduqları müəyyən edilib.