4 Fevral 14:33
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Okeaniyada yerləşən Quam adasının yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin verilənlərindən məlum olub.

Bildirilib ki, təbiət fəlakətinin ocağı adanın Merizo kəndindən 150 km aralıda yerləşib. Bakı vaxtı ilə 13:50-də qeydə alınmış yeraltı təkanların dərinliyi 52,9 km olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib, habelə sunami təhlükəsi hələlik elan olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər