12 Fevral 09:14
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib.

“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – Qırğızıstan lideri qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər