Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə rəsmi səfərdədir.
Teleqraf.com xəbər verir ki, onu Qahirə beynəlxalq hava limanında həmkarı Əbdülfattah Əl Sisi qarşılayıb.
Səfər çərçivəsində iki ölkə liderlərinin təkbətək görüşü olacaq.
Daha sonra onların birlikdə mətbuat konfransı keçirəcəkləri gözlənilir.