16 Fevral 08:15
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın paytaxtı Romanın mərkəzində fermerlər 11 traktorla etiraz aksiyası keçiriblər.

Teleqraf.com xəbər verir ki, ölkənin hər yerindən toplaşan fermerlər ağır iş şəraitinə etiraz edir, həmçinin Avropa İttifaqından kənar üçüncü ölkələrdən kənd təsərrüfatı məhsullarının idxalında qeyri-bərabər rəqabətə, eləcə də məhsulların qiymətini və keyfiyyətini aşağı salan iri konsernlərə qarşı çıxırlar.

"Biz öz məhsullarımızın istehsalına davam etmək istəyirik, çünki onlar ən yaxşısıdır və bu işin layiqincə ödənilməsini istəyirik. Bizim haqqımızı heç kim müdafiə etmir", - cənub bölgəsindən gələn fermerlərdən biri bildirib. Onun sözlərinə görə, son illər bir çox təsərrüfatlar müflis olub.

İtalyan fermerlərinin etirazları bir neçə həftədir, davam edir, lakin indiyədək onlar təcrid olunmuş yerli etirazlarla məhdudlaşıb. Sonradan hökumət nümayəndələri ilə görüşlərin nəticələrindən razı qalaraq əksər etirazçılar aksiyanı dayandırıblar. Azlıqda qalan fermerlər hökumətin Aİ-dən asılı olduğu iddia edərək, İtaliya hakimiyyətinə qarşı çıxırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər