16 Fevral 20:06
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Entoni Blinken rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə görə Rusiya Prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib.

Teleqraf.com xəbər verir ki, Blinken Münxendə jurnalistlərə açıqlamasına bildirib ki, Rusiya antikorrupsiya aktivistini “təqib edib, zəhərləyib və həbs edib”.

“Buna görə Rusiya məsuliyyət daşıyır”, - Blinken vurğulayıb.

Böyük Britaniya Baş naziri Rişi Sunak isə Navalnının ölümünün dəhşətli xəbər olduğunu deyib.

"Rusiya demokratiyasının ən şiddətli müdafiəçisi kimi Aleksey Navalnı bütün həyatı boyu inanılmaz cəsarət nümayiş etdirdi", - Sunak qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər