ABŞ Prezidenti Co Bayden Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək istəyinin hələlik ölkəsi üçün təhlükəli olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bunu Rusiyanın hələlik bu məqsədini reallaşdırmaması ilə izah edib.
Bayden vurğulayıb ki, Rusiyanın bu məqsədi peykləri hədəfə ala biləcək bir qabiliyyətdir, amma bu, ABŞ-yə və ya dünyanın heç bir ölkəsinə nüvə təhlükəsi yaratmır.
ABŞ lideri Rusiyanın bu texnologiyanın kosmosda yerləşdirilməsi ilə bağlı qəti qərar verdiyinə dair əllərində dəlil olmadığını da söyləyib.
“Bu, hələlik baş verməyib və ümid edirəm ki, reallaşmayacaq”, - Bayden əlavə edib.