19 Fevral 16:06
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail xarici işlər naziri İsrael Katz Qəzzadakı müharibəni Holokostla müqayisə edən Braziliya Prezidenti Luiz İnasiyu Lula da Silvanın “arzuolunmaz şəxs” elan edildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bundan əvvəl da Silvanın açıqlaması ilə bağlı Braziliyanın İsraildəki səfiri Frederiko Mayer Xarici İşlər Nazirliyinə çağırılıb.

Braziliya lideri İsraili Qəzza zolağında “soyqırımı törətmək”də günahlandırıb və baş verənləri Adolf Hitlerin yəhudilərə qarşı vəhşiliyi ilə müqayisə edib.

İsrail Baş naziri Benyamin Netanyahu bu cür bəyanatları “qırmızı xətti keçmək” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər