21 Fevral 10:51
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində cəbhədə Rusiya və Ukrayna qüvvələri arasında 66 toqquşma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusu gecə saatlarında Ukrayna ərazisinə İran PUA-ları (“Şahid”) ilə zərbələr endirib. Rusiyadan Ukraynaya 19 dron atılıb, bunlardan 13-ü məhv edilib. Ümumilikdə Ukraynaya 5 raket və 125 hava zərbəsi endirilib, nəticədə mülki şəxslər arasında itkilər var.

Rusiya ordusunun Kupyan, Liman, Baxmut, Avdiv, Marins, Novopavlivsk və Zaporoje istiqamətlərində çoxsaylı hücumları dəf edilib. Ukrayna qüvvələri bütün cəbhə boyu müqavimət göstərir.

Son sutka ərzində Ukrayna hərbi aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi 10 ərazi və zenit-raket komplekslərinin yerləşdiyi 5 mövqeyə dağıdıcı zərbələr endirib. Raket qoşunlarının bölmələri də rusların şəxsi heyəti, silah-sursat və hərbi texnikalarının cəmləşdiyi 9 ərazi, 1 yanacaq anbarı və 12 artilleriya vasitəsini vurub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər