21 Fevral 17:35
1 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) və Pakistan Xalq partiyaları (PPP) koalisiya hökumətin qurulması barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə PML-N və PPP-nin sədrləri Şahbaz Şərif və Bilaval Bhutto-Zərdari birgə mətbuat konfransında məlumat verib.

Mətbuat konfransında çıxış edən PPP-nin parlament fraksiyasının rəhbəri Asif Əli Zərdari bildirib ki, hər iki partiya parlamentdə lazımi sayda yerlərə malikdir, növbəti hökuməti formalaşdıra bilər.

Anlaşmaya görə, Şahbaz Şərif baş nazir, Asif Əli Zərdari prezident olacaq.

Koalisiyaya Pakistan Müsəlman Liqası-Qaidi Azəm, Müttahida Qaumi Hərəkatı və Pakistanın Sabitliyi partiyaları da daxil olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər