23 Fevral 01:55
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden Rusiya müxalifətinin lideri, Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya və qızı Daşa ilə görüşəcək.

Teleqraf.com xəbər verir ki, görüş Kaliforniya ştatında baş tutacaq.

Öncədən görüşün anonsu verilməyib, həmçinin Baydenin qrafikində sözügedən görüş nəzərdə tutulmayıb.

Qeyd edək ki, Navalnının qızı ABŞ-nin Stenford Universitetində təhsil alır.

Xatırladaq ki, fevralın 16-da 47 yaşlı Aleksey Navalnı “Polyarnı Volk” sərt rejimli islah koloniyasında qəflətən ölüb. Daha öncə 2020-ci ildə o, “Noviçok” maddəsi ilə zəhərlənərək transfer olunub. Siyasətçi 2021-ci ilin yanvarında Berlindən Moskvaya qayıtdıqdan sonra həbs olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər