28 Fevral 21:34
1 990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlaması Qərbdəki qeyri-müəyyənliyin diplomatik formasıdır.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı keçmiş diplomat, politoloq Aleksandr Xara deyib.

Onun sözlərinə görə, Makronun rezonans doğuran bu açıqlamasından dərhal sonra digər Fransa rəsmilərinin onun bu sözlərini başqa yerlərə yozmağa başlayıblar. Məsələn, rəsmilər Fransa prezidentinin bununla hərbçilərin minatəmizləmə əməliyyatlarına cəlb edilməsini nəzərdə tutduğunu bildiriblər.

“Yəni bu o demək deyil ki, NATO müharibəyə gedir. Olaf Şolzun əsəbi reaksiyasını gördük. Onların belə fikirləri var ki, Rusiyaya qarşı mübarizə aparmaq olmaz. Məsələn, Almaniyanın bizə “Taurus” raketlərini verməməməsinin səbəblərindən biri budur, fikirləşirlər ki, bu, eskalasiya, Üçüncü Dünya Müharibəsinə yol aça bilər”, - Xara vurğulayıb.

O qeyd edib ki, Ukraynada artıq alman tankları var, amma eskalasiya baş vermir:

“Krımı Britaniya və Fransa raketləri ilə vururuq, amma Üçüncü Dünya Müharibəsi yoxdur. Yəni bunlar avropalıların beyinlərində olan maneələrdir”.

Xaranın fikrincə, bəzi ölkələr, Estoniya, Latviya, Litva və Polşa Kiyevin bu axını saxlaya bilməyəcəyini və dövləti itirə biləcəyini görsələr, Ukraynanın tərəfində döyüşə bilərlər:

“Əlbəttə, ilk növbədə Ukrayna ərazisində özlərini qorumaq istəyirlər ki, müharibə onların evinə gəlməsin. Yaxşı ki, Almaniya və köhnə Avropanın digər ölkələri artıq Rusiyadan gələn təhlükəni dərk ediblər. Artıq təkcə analitiklər yox, hərbçilər də buna hazırlaşmağın lazım olduğunu deyirlər”.

Sabiq diplomat hesab edir ki, Avropada müharibəyə qarşı ən yaxşı müdafiə Ukraynaya kömək etməkdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər