27 Yanvar 2015 05:17
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirdə Həmasın terror təşkilatı kimi tanınması tələbi ilə irəli sürülən məhkəmə iddiası rədd edilib. Teleqraf.com-un məlumatına görə, müvafiq qərar Misirin Təcili İşlər Məhkəməsi tərəfindən çıxarılıb.

Misirdə mühakimənin ilk mərhələsi sayılanTəcili İşlər Məhkəməsinin qərarından 15 gün ərzində şikayət oluna bilər.

İddia Misirdə qalmaqallı məhkəmə davaları ilə məşhurlaşan Samir Səbri tərəfindən qaldırılmışdı. Artıq rədd olunan bu iddiada “Həmas”ın Misirə qarşı bir çox cinayətlər törətdiyi bildirilirdi. Bu ərəfədə “Həmas” rəhbərliyi məhkəmə iddiasıyla bağlı təşşkilatın Misirə qarşı heç zaman düşmənçilik etmədiyini vurğulayıb.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər