11 Mart 21:42
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ arsenalındakı nüvə silahlarının modernləşdirilməsi üçün Amerika prezidenti Co Bayden Konqresdən təxminən 20 milyard dollar istəyib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu, ölkənin konqresmenlərə təqdim etdiyi büdcə layihəsindən məlum olub.

Sənəddə deyilir ki, Milli Müdafiə Strategiyasını həyata keçirmək, nüvə qarşısının alınmasını modernləşdirmək və Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün 19,8 milyard dollar tələb olunacaq.

Bu məbləğ 2021-ci il maliyyə səviyyələri ilə müqayisədə 4,5 milyard dollar artım deməkdir.

Vəsait nüvə triadasının (dəniz, quru və hava silahları) modernləşdirilməsinə, komandanlığın, eləcə də idarəetmə və rabitə vasitələrinin təkmilləşdirilməsinə sərf olunacaq.


Müəllif: Pərvin Cəfərova