18 Mart 17:03
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinlə birlikdə ikitərəfli münasibətlərdə yeni era açacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Kim Çen Inın Rusiyada keçirilən Prezident seçkilərində lider olan Putinə göndərdiyi təbrik teleqramında deyilir.

"Sizin əlinizdən möhkəm tutacam. Biz uzun tarixi köklərə və ənənələrə malik Koreya-Rusiya dostluq münasibətlərində dövrün tələblərinə uyğun olaraq yeni dönüş nöqtəsini təmin edəcəyik. Biz birlikdə quruculuğa qətiyyətlə rəhbərlik edəcəyik", - teleqramda bildirilir.


Müəllif: Əsəd Məmmədəliyev