19 Mart 11:36
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aylardır harada və səhhətinin necə olması müzakirə edilən Britaniya şahzadəsi Keyt Middlton küçədə həyat yoldaşı şahzadə Uilyamla birlikdə görüntülənib.

Teleqraf.com “The Sun” nəşrinə istinadla xəbər verir ki, Keytin Vindzorda həyat yoldaşı ilə fermer mağazasına baş çəkib.

Şahidlərin sözlərinə görə, 42 yaşlı Uels şahzadəsi xoşbəxt, gümrah və sağlam görünüb.

Xatırladaq ki, Middltonun fotoları 2023-cü ilin dekabrından paylaşılmayıb. Şahzadənin birdən-birə “yoxa çıxması” dünya mediasında və Britaniyada müzakirələrə və müxtəlif fərziyyələrə səbəb olub. Bir çoxları Middltonun görünməməsi fonunda onun şahzadə Uilyamdan boşanması, ağır xəstəliyə düçar olması, əməliyyatdan sonra komaya düşməsi kimi iddialar səsləndirib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Keytin dünyasını dəyişməsini, bəziləri isə onun əməliyyat zamanı uşaqlığının çıxarılmasını iddia ediblər.


Müəllif: Teleqraf.com