19 Mart 13:11
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şiddətli döyüşlərin davam etdiyi Ukraynanın Zaporoje vilayətində cəbhədə vəziyyət bir qədər dəyişib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə bildirir ki, Rusiya ordusu vilayətin qərbində irəliləyə bilib.

Son geolokasiya kadrları göstərir ki, rus qoşunları Luqivskinin şərqinə doğru irəliləyib.

Rusiya qüvvələrinin Avdiv şəhəri (Donetsk vilayəti) yaxınlığında irəliləmələri barədə də məlumat var. Amma burada cəbhə xəttinin dəyişdiyini təsdiqləyən heç bir sübut yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu