26 Mart 09:21
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son on ay ərzində Türkiyədə terror təşkilatına qarşı 22 min 541 əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, bu əməliyyatlarda 60-ı ölü, 649-u yaralı olmaqla 830 terrorçu zərərsizləşdirilib. Onların isə 121-i könüllü təslim olub.

O həmçinin əlavə edib ki, Türkiyənin 81 vilayəti və 922 rayonunda başda terror olmaqla hər cür cinayətlərə qarşı belə əməliyyatlar nazirlik tərəfindən davam etdiriləcək.


Müəllif: Teleqraf.com