26 Mart 16:49
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin prokurorlara miqrasiya sahəsində qanunlara əməl olunmasına nəzarəti gücləndirmək barədə tapşırıq verib.

Teleqraf.com xəbər verir ki, ölə başçısı Baş Prokurorluğun genişləndirilmiş kollegiya iclasında iştirak edib.

“Prokurorluğun ən mühüm vəzifəsi hüquq-mühafizə orqanlarının cinayətkarlıqla mübarizədə fəaliyyətinə nəzarət və koordinasiyadır. Ümid edirəm ki, siz hüquqi, əsaslandırılmış və ədalətli qərarların qəbuluna peşəkar və bacarıqla köməklik göstərməyə davam edəcəksiniz”, - Putin bildirib.

Onun sözlərinə görə, keçən il bəzi cinayət növlərində hələ də çoxalma müşahidə edilib: "Milyonlarla insanı narahat edən miqrasiya sahəsində vəziyyət nəzarət altında olmalıdır”.


Müəllif: Teleqraf.com