28 Mart 11:30
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə gedərək rəsmi Ankaranın tələblərini çatdırıb.

Teleqraf.com xəbər verir ki, səfir Berlini terrorçulara qarşı tədbirlər görməyə çağırıb.

Şen vurğulayıb ki, terror təşkilatının təbliğatı, işə cəlb edilməsi və maliyyə qaynaqları ilə bağlı qətiyyətlə mübarizə aparılmalıdır.

Diplomat son günlər terror təşkilatı tərəfdarları tərəfindən həyata keçirilən zorakılıq aktlarından narahatlığını bildirərək, Türkiyənin terrorçular tərəfindən hədəfə alına biləcək diplomatik nümayəndəlikləri, qurumları və iş yerlərində təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edib.

Bundan əvvəl PKK terrorçuları Almaniyanın Hannover şəhərindəki Baş Konsulluğunun binasına hücum edib. Radikallar daş və dəyənəklərlə hücum edərək binaya ziyan vurmağa çalışıblar.


Müəllif: Mənsur Rəğbətoğlu