28 Mart 21:42
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın paytaxtı Bişkekdə hava şəraiti səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Teleqraf.com xəbər verir ki, güclü qasırğa paytaxtda ağacları aşırıb, evlərin damlarını uçurub.

Sosial şəbəkələrdə vətəndaşlar pis hava şəraitinin fəsadlarını əks etdirən fotoşəkillər və videolar dərc edirlər. Xüsusən də şəhər küçələrində dayanmış bir neçə avtomobil ağacların üstlərinə aşması nəticəsində zədələnib.


Müəllif: Teleqraf.com