29 Mart 17:37
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bugünkü şəraitdə Ermənistanın Avropa İttifaqına daxil olması mümkünsüz məsələdir.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Qrant Mikayelyanın açıqlamasında deyilir.

"Ermənistan yarım əsrdən tez bir zamanda ittifaqa üzv ola biləcək və bu müddət ərzində hələ çox iş görülməlidir. Aİ-yə daxil olmağa hazırlığın əlli illik dövrü indiki siyasi perspektivdən kənara çıxır. Hakimiyyətdə olan müəyyən siyasi qrup Avropaya inteqrasiyadan danışır və bunu cəmiyyəti transformasiya yolu kimi qəbul edir. Ermənistan Aİ-nin daimi üzvü olmaq üçün artıq çox işlər görüb, amma hələ görüləsi çox iş var. Qanunlardan əlavə coğrafiya, iqtisadiyyat, fövqəldövlətlər arasında rəqabət və digərləri ilə bağlı həll olunmamış problemlər var", - politoloq bildirib.


Müəllif: Əsəd Məmmədəliyev