ABŞ-nin Havay ştatı coğrafi və tarixi xüsusiyyətlərinə əsasən NATO paktı ilə əhatə olunmur, ona görə də alyans hücum halında bölgəni müdafiə etməyə borclu deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN yazır.
ABŞ Hərbi Donanmasının Perl Harbordakı bazası və ya Honoluludan şimal-qərbdə yerləşən Hind-Sakit Okean Komandanlığının qərargahına hücum edərsə, Amerikanın müttəfiqləri müharibəyə girməyəcək.
Honoluludakı Sakit Okean Forumu analitik mərkəzinin prezidenti David Santoro deyir ki, 50-ci ştat Birləşmiş Ştatların kontinental hissəsi deyil. İstisna Havay adalarının ştat olmasından 10 il əvvəl imzalanmış Vaşinqton müqaviləsində yazılıb.
ABŞ Dövlət Departamenti də bunu təsdiqləyib.
Bir sıra ekspertlər hesab edirlər ki, Hind-Sakit okean regionunda yaranmış siyasi vəziyyətlə əlaqədar bu məsələyə daha çox diqqət yetirmək lazımdır. Məsələn, Havaydakı ABŞ hərbi bazaları Şimali Koreyanın hücumu və ya Tayvanın müdafiəsi ilə bağlı mühüm rol oynaya bilər.
Digər analitiklər əmindirlər ki, Havay və ya Quam adalarına hücum olarsa, ABŞ-nin müttəfiqləri müqavilədəki formallığa yox, dövlətlə münasibətlərə üstünlük verəcəklər.