1 Aprel 18:55
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, iki ölkənin XİN rəhbərləri regional məsələlər barədə müzakirələr aparıblar.

Onlar, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda fikir mübadiləsi ediblər.

Bundan başqa, H.Fidan Qətərin xarici işlər naziri Al Sani ilə də telefonda danışıb. Danışıq zamanı Qəzzadakı son durum və regional proseslər müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər