1 Aprel 21:00
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi briqada generalı Hüseyn Əmirullah İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sabereen News” bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin Dəməşqə hücumu nəticəsində SEPAH qüvvələrinin daha 6 üzvünün öldüyünü bildirib.

***

20:35

İsrailin Suriyaya hava hücumu zamanı İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) yüksək rütbəli generalı və onun müavini ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

General Məhəmməd Rza Zahedi və onun müavini Hacı Rəhimi öldürülüb.

***

19:56

SEPAH-ın generalı İsrailin Suriyaya hava hücumu nəticəsində öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Məlumata görə, Məhəmməd Rza Zahidi İsrailin Dəməşqdə endirdiyi raket nəticəsində öldürülüb.

Qeyd edək ki, ötən gün və bu gün İsrail Dəməşqə aviazərbələr endirib. Bu gün endirilən zərbə İranın Dəməşqdəki səfirliyinin yanına düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər