28 Yanvar 2015 23:40
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın şərqində rusiyameyilli separatçılar əsas məntəqələrdən birini ələ keçiriblər.

ANS PRESS-in məlumatına görə, bu barədə qondarma Donetsk Xalq respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.

Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debalçevo məntəqəsində nəzarəti ələ alıblar.

Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.

"Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debalçevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər", deyə Basurin bildirib.


Müəllif:

Oxşar xəbərlər