29 Yanvar 2015 08:18
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Yunanıstanın yeni baş naziri Aleksis Tsiprasa zəng edib. O, solçu “Siriza” partiyasının liderinə parlament seçkilərindəki qələbəsi münasibəti ilə təbriklərini çatdırıb.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, söhbət zamanı Obama Avropanı sərt qənaət siyasətindən imtina etməyə çağırıb:

“Prezident Obama qeyd edib ki, ABŞ Yunanıstanın yeni hökuməti ilə sıx əməkdaşlıq etmək niyyətindədir. Tərəflər həmçinin Avropada təhlükəsizlik və terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.

Barak Obama bildirib ki, Avropa ABŞ-da olduğu kimi sərt qənaət siyasətindən imtina edərək əsaslı inkişaf planı qəbul etməlidir”.


Müəllif:

Oxşar xəbərlər