Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin ölkəsi ilə Rusiya arasında vasitəçilik səylərindən danışıb.
Teleqraf.com xəbər verir ki, Ukraynaya dəstəyinə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edən Zelenski Ankaranın hərbi əməliyyatların dayandırılması istiqamətində atdığı addımları qeyri-kafi hesab edib.
“Türkiyənin vasitəçiliyi bizim üçün kifayət deyil”, - Ukrayna lideri bildirib.
Zelenski bu cür vasitəçilik addımları ilə yanaşı, Türkiyə ilə Rusiya arasında mövcud münasibətlərə də diqqət çəkərək, bunu “güclü əlaqələr” adlandırıb.