İran Qəzzada atəşkəs əldə olunarsa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərinin öldürüldüyü Suriyadakı konsulluğuna hücuma cavab verməkdən imtina edəcəyi barədə ABŞ-ni məlumatlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of İsrael” yazır.
“Amerika vəziyyəti nəzarət altına ala bilsə, bu, Bayden administrasiyası üçün böyük nailiyyət olacaq və biz bunun üzərində dayana bilərik”, - İsrail nəşri diplomatik mənbəyə istinadla bildirir.
Aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna hücum zamanı ikisi SEPAH generalı olmaqla, 15-ə yaxın iranlı diplomat ölüb.