8 Aprel 23:13
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici agentlər haqqında” qanuna veto qoyacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin parlament katibi Qeorqi Msxiladze məlumat verib.

“Prezident, əlbəttə ki, konstitusiya hüququndan istifadə edəcək və sözügedən qanuna veto qoyacaq”, - Msxiladze bildirib.

Qanunun təsirinə məruz qala bilən müxalif “Mtavari Arxi” televiziya şirkəti bildirib ki, Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binasının girişində etiraz aksiyası başlayıb və müxalifət xarici agentlər haqqında qanunun geri götürülməsini tələb edir.

Almaniya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Sebastyan Fişer bildirib ki, qanun qəbul olunsa Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq üçün namizəd statusunu itirə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər