9 Aprel 10:11
2 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna yalnız Rusiya ilə müharibə başa çatdıqdan sonra NATO-ya üzv ola bilər.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Onun sözlərinə görə, Ukraynanın alyansa üzvlüyü irəliyə doğru gedən prosesdir.

Ukraynanın NATO-ya qəbulu üçün vaxt cədvəli ilə bağlı müzakirənin olub-olmadığı soruşulduqda Miller belə cavab verib: “Cədvəlin təsdiqi istiqamətində heç nə dəyişməyib. Bu, hələ də müharibənin bitməsindən asılıdır”.

ABŞ Dövlət Departamentinin sözçüsü hesab edir ki, bu, münaqişə bitdikdən sonra davam edəcək bir prosesdir.

O, xatırladıb ki, Vaşinqton məsələyə yönəlik mövqeyini bildirib və bu, dəyişməz qalır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər