İran Suriyadakı konsulluğuna hücuma cavab olaraq birbaşa İsrailə hücum edərsə, İsrail İrandakı nüvə hədəflərini vurmaqla cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyada fəaliyyət göstərən “Elaph News” yazır.
Nəşr Qərb rəsmisinə istinadla bildirir ki, İsrail son günlərdə İranın nüvə və digər əsas obyektlərinə hücuma hazırlaşmaq da daxil olmaqla hərbi hava təlimləri keçirir.
İsrail hökuməti bundan əvvəl ölkə ərazisinə birbaşa zərbələr olacağı təqdirdə, İrana qarşı əməliyyatların başlayacağı xəbərdarlığını edib. Ayrıca, İsrail xarici işlər naziri İsrael Katz konsulluğa hücuma görə məsuliyyət daşımadıqlarını bildirib.