İsrail İranın istənilən hücumuna Tehranın nüvə obyektlərinə zərbə ilə cavab verəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
"İran Dəməşqdəki konsulluğuna olan hücuma cavab verərsə, İsrail nüvə obyektləri də daxil olmaqla, İran daxilindəki hədəfləri vura bilər. İranın bir neçə nüvə obyekti, o cümlədən elektrik stansiyaları, uran mədənləri və tədqiqat reaktorları var. Onlardan birinə hücum Yaxın Şərqdə münaqişənin görünməmiş dərəcədə gərginləşməsi ilə nəticələnəcək", - deyə məlumatda bildirilib.