10 Aprel 16:13
4 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İran ərazisindən İsrailə hücum olarsa, bunun cavab veriləcək".

Teleqraf.com xəbər verir ki, bu haqda İsrailin xarici işlər naziri Yisrael Katz "X" sosial şəbəsində paylaşım edib.

Katz həmçinin paylaşıma İran lideri Ayətullah Əli Xameneini də işarələyib. "İran bizə öz ərazisindən hücum edərsə, cavab olaraq İrana hücum edəcəyik", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına hava hücumu həyata keçirib. Hücumda İran İnqilab Keşikçiləri Ordusundan 2-si general olmaqla, 7 nəfər həlak olub. İran hücuma tez cavab verəcəyini bildirib və hadisəyə görə ABŞ-ni günahlandırıb.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər