15 Aprel 00:53
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Parisdəki səfiri Məhəmməd Aminnicat Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri Stefan Sejurne “France 2” telekanalının efirində bildirib.

“Qətiyyətimizin siqnalını çatdırmaq üçün İran səfirini çağırmağı göstəriş vermişəm”, – Sejurne vurğulayıb.

Eyni zamanda, nazir bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsinə yol verməmək lazımdır. Onun sözlərinə görə, Fransanın prioriteti girovların azad edilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımın daxil olmasını təmin etməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər