15 Aprel 21:00
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İranın İsrailə hücumundan əvvəlcədən xəbərdar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazır.

İranın İsrailə hücumundan sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü narahatlıqlarını ifadə edib və bütün tərəfləri təmkinli olmağa çağırıb.

“İsrailin ən azı bir dəfə Kiyev rejiminin Rusiyanın bölgələrinə zərbə endirməsini pislədiyi zamanı xatırladın? Yadınızda deyil? Bununla belə, mən İsrail rəsmilərinin Zelenskinin hərəkətlərini dəstəkləyən mütəmadi bəyanatları xatırlayıram”, - Zaxarova deyib.

Nəşrin fikrincə, bu, diqqəti Ukraynadakı müharibədən yayındırdığı üçün Rusiyanın Yaxın Şərqdə qeyri-sabitlikdə maraqlı olduğuna sübutdur.

“Rusiya ultraislamçı ayətullahların tərəfinə keçib”, - nəşr vurğulayır.

Alman analitik Karlo Masalanın sözlərinə görə, Kreml Yaxın Şərqdəki münaqişənin gözlənilməz olmasında maraqlıdır: “Bu, Amerika qüvvələri və maddi vəsaitlərini parçalayır, bu da öz növbəsində Ukraynanı qorumaq üçün kifayət etmir”.

Analitik iddia edir ki, Rusiya İranın planlarından əvvəlcədən xəbərdar olub:

“Bu hücum Rusiyanın maraqlarına zidd olsaydı, İrana təsir göstərə bilərdi. Çünki Moskvanın İrana təsir imkanı var. Amma Rusiya bunu etmədi”.

“Bild” hücum zamanı ABŞ, Böyük Britaniya və digər Avropa Birliyi dövlətlərinin İsrailə dəstəklərinə də diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər