17 Aprel 10:38
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dən yardımın gecikməsi Ukrayna qüvvələrinin effektli müdafiə əməliyyatları aparmaq imkanlarını məhdudlaşdırır. Bu, Rusiya ordusuna hücum əməliyyatları aparmaqda çeviklik verir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Amerikalı analitiklərə görə, bu dinamika gələcəkdə Rusiya üçün əməliyyat baxımından ciddi uğurlara səbəb ola bilər. Eyni zamanda, analitiklər qeyd edirlər ki, Rusiya və Ukrayna hava hücumundan müdafiə sahəsində innovasiya və uyğunlaşma yarışı ilə məşğuldur, bu yarışda Moskva öz zərbələrinin vaxtı, miqyası, tərkibi və hədəflərini tənzimləməyə davam edir.

ABŞ-dən hərbi yardımın gecikməsi artıq Ukraynanın zenit-raket komplekslərinin çatışmazlığına səbəb olub və onun Rusiyanın zərbə sistemlərinin təkamülünə uyğunlaşmasına maneə yaradıb.

Həmçinin məhdud sayda hava hücumundan müdafiə sistemləri və sistemlərinin ələ keçirlməsi Ukraynanı müdafiənin arxa və ön cəbhəsində çətin qərarlar qəbul etməyə məcbur edir. Bu, cəbhə xəttindəki qoşunları Rusiyanın hava hücumlarına qarşı müdafiəsiz vəziyyətdə qoyur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər