17 Aprel 13:21
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Region ölkələri İran Silahlı Qüvvələrinə arxalana bilər.

Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

İranın İsrailə “hərbi hücum”undan danışan Rəisi əvvəlcə bunu “anti-sionist əməliyyat” adlandırıb, ardınca bunun “sionistləri cəzalandırmaq məqsədi daşıyan əməliyyat” olduğunu vurğulayıb.

İran prezidenti İsrailə hücumu məhdud əməliyyat hesab edib və qeyd edib ki, Tehran İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirmək istəsə, “sionist rejim”dən geri heç nə qalmayacaq.

“Əgər sionistlər maraqlarımıza qarşı hər hansı addım atsalar, İranın cavabı daha sərt olacaq”, - prezident vurğulayıb.

Rəisinin iddiasına görə, “İran ordusunun qüdrəti sayəsində” artıq ölkəsinə qarşı hərbi variantdan söhbət getmir. O, qəribə iddialarının davamında İran silahlı qüvvələrini “təhlükəsizliyin yaradıcısı və sülhməramlısı” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər