23 Aprel 14:37
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatlarına qarşı təkcə Türkiyə daxilində yox, sərhədlərdən kənarda da mübarizə aparacağıq.

Teleqraf.com xəbər verir ki, bunu İraq səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri İraqın şimalında terrorizmə qarşı mümkün quru əməliyyatlarına da diqqət çəkib:

“İraq və Suriyadakı terror bataqlığı təkcə bizim yox, həm də hər iki ölkənin rəhbərliyinin birgə səyləri ilə qurudulacaq. Ayrı-seçkilik etmədən bütün terror təşkilatlarına qarşı fasiləsiz mübarizə aparırıq. Xüsusilə İraq və Suriyada yerləşən PKK/PYD/YPG-yə qarşı mübarizəmiz uzun illərdir hərtərəfli şəkildə davam edir. Bundan sonra da eyni qətiyyətlə davam edəcək. Bu mübarizə həm daxildə, həm də sərhədlərimizdən kənarda, beynəlxalq hüquq çərçivəsində və qonşularımızın ərazi bütövlüyünə hörmətlə davam etdiriləcək.

Arzu edirik ki, qonşularımız öz torpaqlarından bizə yönələn təhdidlərə qarşı lazımi mövqe tutsunlar və bu mübarizəni birlikdə davam etdirək. PKK/PYD/YPG terror təşkilatı İraqın sabitliyi, inkişafı və sülhü üçün təhdiddir. Bu təhlükəni aradan qaldırmaq İraqın da marağındadır. İnanıram ki, bu gerçəyi görürlər və indi bu problemi aradan qaldırmaq üçün öz iradələrini ortaya qoyacaqlar”.

Ərdoğan vurğulayıb ki, Türkiyəni təhdid edən terror bu və ya digər şəkildə məhv ediləcək:

“Bu məsələdə qərarlıyıq. Meydanı heç vaxt terror və terror təşkilatları ilə yan-yana gedənlərə, onlardan vasitə kimi istifadə edənlərə buraxmayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu