24 Aprel 08:28
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina hakimiyyəti İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir.

Teleqraf.com xəbər verir ki, Argentina Əhməd Vahidin 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıdığını iddia edir.

“Argentina 1994-cü ildə “AMIA”ya (Yəhudi mədəniyyət mərkəzi) edilən və 85 nəfərin ölümü ilə nəticələnən hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir, onlar tam cəzasız şəkildə öz rəhbər vəzifələrini tutmaqda davam edirlər. AMIA-ya hücumun səbəbkarlarından biri Argentina ədliyyəsi tərəfindən axtarışa verilən Əhməd Vahididir. Bu şəxs İran İslam Respublikasının daxili işlər naziridir və hazırda Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin tərkibindədir”, - Argentina Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər