30 Yanvar 2015 12:51
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda hökumətin “Əlavə dəyər vergisi haqqında” qanuna etdiyi dəyişikliklərdən sonra başlayan etirazlar səngimək bilmir.

Teleqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, kiçik və orta bizneslə məşğul olan sahibkarlar bu dəfə hökumət binası önündə toplaşıblar. Onlar hökuməti bu biabırçılığa son qoymağa çağırırlar. Nümayişçilərdən biri oturaq tətil keçirmək istəsə də, polislər buna imkan verməyib.

Onlar bəyan edirlər ki, əgər edilən dəyişiklik aradan qaldırılmasa, fevralın 1-dən etibarən bütün sahibkarlar kassa aparatlarını hökumətə təhvil verib işi dayandıracaqlar.

Hökumət nümayəndələrindən isə hələ heç kim etirazçıların qarşısına çıxmayıb.

Teleqraf.com etiraz aksiyalarından canlı yayımı təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər