7 May 16:44
898
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya artıq NATO ölkəsinə qarşı lokal hərbi əməliyyata hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın hərbi kəşfiyyat xidmətinin rəhbəri Yaroslav Strozik deyib.

Onun sözlərinə görə, Rusiyanın NATO ölkəsinə potensial hücuma hazır olması ilə bağlı bütün proqnozlar yalnız müəyyən fərziyyələrə əsaslanır.

Strozik etiraf edib ki, Rusiyanın artıq alyansın üzvü olan dövlətə qarşı lokal əməliyyat təşkil etmək imkanı var.

“Putin Baltikyanı ölkələrdən birinə qarşı hansısa kiçik əməliyyata, məsələn, məşhur Narvaya girməyə artıq hazırdır. Yaxud İsveç adalarından birinə...”, - kəşfiyyat şefi bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu