4 İyun 21:57
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Xarici İşlər Nazirliyi Uruqvayın 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasını pisləyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə XİN Uruqvayın qərarına etiraz olaraq bəyanat yayıb.

"Uruqvayda qəbul edilən bu qanun beynəlxalq hüquqa, xüsusilə Birləşmiş Millətlər Təşkilatının (BMT) soyqırımı cinayətinin qarşısının alınmasına dair 1948-ci il konvensiyasına ziddir. Biz Uruqvay Parlamentinin qəbul etdiyi və Uruqvay Prezidentinin səlahiyyətlərini icra edən şəxs tərəfindən imzalanan, 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qanunu rədd edir və pisləyirik. Qanunverici orqanlar və siyasətçilərin mübahisəli tarixi məsələlərlə bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur. Uruqvay parlamenti və hökumətinin tarixi təhrif edərək daxili siyasi məqsədlərinə nail olmağa çalışması qəbuledilməzdir”- deyə XİN-nin məlumatında qeyd olunur.


Müəllif: Arzu

Oxşar xəbərlər